Dəmir yumruq » Manşet » Yağış, leysan, dolu... - Xəbərdarlıq
Manşet / Hadisə / Dün, 18:53

Yağış, leysan, dolu... - Xəbərdarlıq

 

İyunun 9-11-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
 
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
 
Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.