Dəmir yumruq » Manşet » Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşüb
Manşet / Hadisə / 4-06-2025, 11:17

Prezidentin köməkçisi Yaponiyanın Baş nazirinin müşaviri ilə görüşüb

 

Yaponiyada səfərdə olan Azərbaycan Prezidentinin köməkçisi, ölkəmizin “Ekspo 2025” üzrə baş komissarı Anar Ələkbərov Yaponiyanın Baş nazirinin müşaviri Akihisa Naqaşima ilə görüşüb. 
 
Görüşdə Azərbaycan-Yaponiya arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq məsələləri və birgə layihələr müzakirə olunub.
 
Baş nazirin müşaviri Akihisa Naqaşima ölkələrimizin energetika, neft-qaz sahəsində əməkdaşlığının yüksək templə inkişaf etdiyini, bərpaolunan enerji sahəsində əməkdaşlığın böyük perspektivlərinin olduğunu deyib. O, Azərbaycanın Osakada keçirilən “Ekspo 2025”də fəal iştirakına görə təşəkkür edib, sərgidəki milli pavilyonun Azərbaycanın zəngin mədəni irsini nümayiş etdirdiyini deyib. 
 
Anar Ələkbərov Azərbaycan Prezidentinin Yaponiya ilə əlaqərin inkişafına böyük önəm verdiyini bildirib, müxtəlif sahələrdə əməkdaşlıq üçün ölkələrimizin geniş potensialının olduğunu qeyd edib. O, işğaldan azad olunan bölgələrdə aparılan bərpa-quruculuq işlərindən söz açaraq, yapon şirkətlərini də bu layihələrdə fəal iştiraka dəvət edib. 
 
Xalqlarımız arasında dostluğun dərinləşdirilməsi istiqamətində humanitar-mədəni tədbirlərin əhəmiyyəti vurğulanıb, o cümlədən paytaxt Tokioda və Osakada Azərbaycan milli gününün keçiriləcəyini diqqətə çatdırıb. Azərbaycan milli pavilyonunun builki dünya sərgisinin ən çox ziyarət edilənləri sırasında olduğu və “Osaka 2025” sərgisinin ən gözəl 10 pavilyonu sırasına daxil edildiyi bildirilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.