Dəmir yumruq » Manşet » Bəzi çaylardan sel keçəcək – Xəbərdarlıq
Manşet / Hadisə / 2-06-2025, 17:57

Bəzi çaylardan sel keçəcək – Xəbərdarlıq

 

Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq iyunun 2-si axşamdan 5-dək arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
 
Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
 
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.
 
Gözlənilən yağıntılar ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz ərazisindən axan çaylardan qısamüddətli sel və daşqın keçəcəyi ehtimal olunur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.