Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb
Manşet / Hadisə / Dün, 07:42

Prezident İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb

  

 

 


 

Mayın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində sakinlərlə görüşüb və onlarla söhbət edib.
 
Dövlətimizin başçısını salamlayan sakinlər dedilər: Xoş gəlmisiniz, cənab Prezident.
 
Prezident İlham Əliyev: Sağ olun.
 
Sakin: Cənab Prezident, üçüncü dəfədir Sizinlə görüşürük.
 
Prezident İlham Əliyev: Salam, necəsiniz?
 
Sakin: Çox sağ olun.
 
Prezident İlham Əliyev: Birinci gələnlərdənsiniz, elədirmi?
 
Sakin: Bəli, birinci gələnlərdənik.
 
Sakin: Olar, bəlkə bizim evdə bir şəkil çəkdirək?
 
Prezident İlham Əliyev: Olar, çəkdirək.
 
Sakin: Cənab Prezident, bu da xüsusi təyinatlıdır.
 
Prezident İlham Əliyev: Ay maşallah, ay maşallah. Neçə yaşı var?
 
Sakin: Beş.
 
Prezident İlham Əliyev: Maşallah. Rütbəsi də var.
 
Sakin: Bəli, bəli.
 
Prezident İlham Əliyev: Rütbəni kim verib sənə, özün? Sən mütləq general olacaqsan. Necə yaşayırsınız?
 
Sakinlər: Çox şükür, yaxşı. Hər şey yaxşıdır. Gözəl havası, gözəl suyu.
 
Sakin: Biz elə birinci köçənlərdənik, o vaxtdan da burada yaşayırıq.
 
Prezident İlham Əliyev: Bəli, birinci köçənlərdən.
 
Sakin: Biz də Əməkdar müəllimlərik. Sizinlə şəkil çəkdirmək istəyirik, şagirdlərimizlə, zəhmət olmasa.
 
Prezident İlham Əliyev: Gəlin, belə duraq. Burada harada dursan yenə də cənnət görünür. Balacanı da mən götürüm qucağıma. Balaca, gəl buraya.
 
Sakinlər: Çox sağ olun. Allah Sizə ömür versin, cansağlığı versin.
 
Prezident İlham Əliyev: Sağ olun, sizə də cansağlığı. Məktəbdə işlər yaxşıdır?
 
Sakin: Bəli, əladır, çox gözəldir.
 
Prezident İlham Əliyev: Həyətyanı sahə var?
 
Sakin: Bəli, var. Çox sağ olun, təşəkkür edirəm, cənab Prezident.
 
Prezident İlham Əliyev: Sabah bayram günüdür. Bayram münasibətilə sizi təbrik edirəm.
 
Sakinlər: Çox sağ olun, var olun, cənab Prezident. Allah Sizə ömür versin.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.