Xəbər lenti
Dəmir yumruq » Manşet » İtkin şəhidimiz dəfn olundu - Foto
Manşet / Hadisə / 27-05-2025, 13:15

İtkin şəhidimiz dəfn olundu - Foto

Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin şəxsiyyəti müəyyənləşdirilərək ailəsinə təhvil verilib.
 
 Əsəddin Curu oğlu Novruzovun bu gün dəfn mərasimi keçirilib.
 
Şəhidin qalıqları ailəsinin yaşadığı Mingəçevir şəhərində Şəhidlər xiyabanında torpağa tapşırılıb.
 
Qeyd edək ki, Ə. Novruzov 1939-cu ildə Ağdərə rayonu Baş Güney kəndində anadan olub. Uzun illər Ağdərənin Mehmanə kənd həkim ambulatoriyasında həkim kimi çalışıb. Qarabağda münaqişələrin başladığı günə qədər əmək fəaliyyətinə burada davam edib.
 
O, 1991-ci ildə yaradılan kənd ərazi özünümüdafiə batalyonunun ən fəal üzvlərindən biri olub.
 
1992-ci il martın 12-də ermənilərin kəndə hücumunun bir hissəsi onun evi istiqamətində həyata keçirilib. Səhər saatlarında silahlı şəxslərin artıq evə yaxınlaşdığını görən Ə. Novruzov oğlu Şamil Novruzovla birgə düşmənin irəliləməsinin qarşısını alıb. Lakin cəmi 2 nəfərlə onların qarşısını qismən almağa nail olublar.
 
Ermənilərin açdığı atəş nəticəsində yaralanan Əsəddin Novruzov oğlunun köməkliyi ilə evinə gətirilib. Ancaq ermənilər onun nəşini çıxarmağa imkan verməyiblər.



DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.