Dəmir yumruq » Manşet » Yol polisindən səfərə hazırlaşan sürücülərə müraciət
Manşet / Hadisə / Bugün, 14:49

Yol polisindən səfərə hazırlaşan sürücülərə müraciət

Yol polisindən səfərə hazırlaşan sürücülərə müraciət
 
Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu səfərə hazırlaşan sürücülərə müraciət edib.
 
Bu barədə İdarədən məlumat verilib.
 
Bildirilib ki, hazırda ölkə ərazisində əlverişsiz hava şəraiti müşahidə olunur ki, bu da yollarda qəza riskinin artmasına əhəmiyyətli dərəcədə təsir göstərir. Xüsusilə gecə və səhər saatlarında dumanlı, yağışlı hava yollarda görünüş məsafəsini məhdudlaşdırır ki, bu da sürücülərə ciddi çətinliklər yaradır:
 
"Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu respublika əhəmiyyətli avtomobil yollarında hərəkət intensivliyinin artacağını nəzərə alaraq, şəxsi avtomobillə səfərə çıxan, eləcə də yük və sərnişin daşıma fəaliyyəti göstərən sürücüləri əlverişsiz hava şəraitində daha diqqətli olmağa, mümkün qədər günün işıqlı vaxtı yol çıxmağa, sürət həddini nəzarətdə saxlamağa, nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyə, ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır!"

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.