Dəmir yumruq » Manşet » BŞİH-də müşavirə keçirilib
Manşet / Hadisə / Dün, 15:01

BŞİH-də müşavirə keçirilib

 

Bakı Şəhər İcra Hakimiyyətində şəhərin təsərrüfat xidmətlərinin, paytaxt rayonlarının təsərrüfat xidmətləri rəhbərləri və məsul şəxslərin iştirakı ilə geniş müşavirə keçirilib.
 
BŞİH-nin Mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə bir sıra məsələlər, o cümlədən son vaxtlarda paytaxtda aparılan genişmiqyaslı abadlıq işləri, sanitar təmizlik məsələləri, çimərliklərin vəziyyəti və yay mövsümünə hazırlıq məsələləri, qanunsuz tikililərlə mübarizə və  şəhərin ümumi görünüşünə xələl gətirən tikililər və digər nöqsanlar müzakirə edilib.
 
Qeyd edilib ki, ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan inkişaf edir, yeni parklar və yaşıllıqlar salınır, ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində böyük işlər həyata keçirilir. Bununla yanaşı, yerlərdə bəzi sahələrdə nöqsanların mövcudluğu vurğulanıb, rayonlar üzrə monitorinq zamanı aşkar edilmiş konkret faktların fotoşəkilləri nümayiş etdirilib.
 
Müşavirənin yekununda Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini Ayaz Hüseynov bir daha qeyd edib ki, həyata keçirilən müsbət işlərlə yanaşı hazırda mövcud olan bir sıra nöqsanların ən qısa zamanda aradan qaldırılması vacibdir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.