Dəmir yumruq » Manşet » Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam
Manşet / Hadisə / Dün, 14:31

Prezidentdən müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı - Sərəncam

Скачать файл: cvi-a_nagiyev.doc [142.5 Kb] (cкачиваний: 0)
Посмотреть онлайн файл: cvi-a_nagiyev.doc

 

Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında Sərəncam imzalayıb.
 
Sərəncama əsasən, 2007-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1995-2006-cı illərdə doğulmuş, yaşı 30-dək olan, Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2025-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılırlar.
 
Sərəncamda qeyd edilib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları 2025-ci il iyulun 1-dən 30-dək ehtiyata buraxılırlar.
 
Nazirlər Kabinetinə bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirləri görmək tapşırılıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.