Dəmir yumruq » Manşet » Şagirdlərimizdən bir həftədə iki beynəlxalq uğur - Fotolar
Manşet / Hadisə / Bugün, 10:37

Şagirdlərimizdən bir həftədə iki beynəlxalq uğur - Fotolar

 

Mayın 5-13-də Braziliyanın Belu-Orizonti şəhərində 59-cu Beynəlxalq Mendeleyev Kimya Olimpiadası keçirilib. 
 
 Olimpiadada uğurla iştirak edən milli komandamız 1 gümüş və 2 bürünc olmaqla, ümumilikdə 3 medal qazanıb.
 
Belə ki, Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Murad Xəlilzadə gümüş medal, liseyin XI sinif şagirdləri Nəzrin Həsənova və Ümid Mustafazadə isə bürünc medal qazanıblar.
 
Əlavə edək ki, 1998-ci ildən etibarən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında iştirak edən məktəblilərimiz ümumilikdə 4 qızıl, 13 gümüş və 41 bürünc medal qazanıblar.
 
Bundan başqa, 7-13 may tarixlərində isə Özbəkistanın paytaxtı Daşkənd şəhərində 3-cü Əl-Xarəzmi Beynəlxalq Riyaziyyat və İnformatika Olimpiadasında milli komandamız uğurla çıxış edərək 2 qızıl və 4 gümüş olmaqla, ümumilikdə 6 medal qazanıb.
 
Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər və Bakı şəhəri Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdi Hüseyn Zeynalov qızıl medal, Şəki şəhəri Kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdi Turan Musayev, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdləri Fərrux Burzu və Ömər Əliməmmədzadə, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Əkbər Əhmədov gümüş medal qazanıblar.
 
2023-cü ildən etibarən sözügedən olimpiadada iştirak edən məktəblilərimiz isə ümumilikdə 6 qızıl, 7 gümüş və 4 bürünc medal qazanıblar.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.