Dəmir yumruq » Manşet » Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - Foto
Manşet / Hadisə / 15-05-2025, 10:32

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirildi - Foto

QÇ

Ötən gün Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
 
İclasda hakim vəzifəsinə namizədlərin seçim prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsi məqsədilə hazırlanan layihə ətrafında fikir mübadiləsi aparılıb.
 
Eyni zamanda “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın yenidən işlənilmiş layihəsi müzakirə edilib. Daha sonra Hakimlərin Seçki Komitəsinə yeni üzv seçilməsi məsələsinə baxılıb.
 
İclasda, həmçinin görülmüş işlər, qarşıda duran vəzifələr diqqətə çatdırılıb, məhkəmə fəaliyyətinə dair məruzələr dinlənilib, intizam icraatı üzrə işlərə və kadr məsələlərinə baxılaraq müvafiq qərarlar qəbul edilib.
 
Sonda təqaüdə yola salınan hakimlər uzun illər məhkəmə sistemində öz fəaliyyəti ilə ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına əhəmiyyətli töhfə verdiklərinə görə Fəxri Fərmanla təltif ediliblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.