Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb - FOTO
Manşet / Hadisə / Dün, 20:55

Prezident İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb - FOTO

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillə görüşüblər.
 
Dövlət başçısı və birinci xanım qonağı qarşıladılar.
 
Söhbət zamanı Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana səfərləri, dövlət başçısı və birinci xanım ilə görüşləri məmnunluqla xatırlandı.
 
Ölkəmizdə hökm sürən multikultural mühitə toxunuldu, müxtəlif dinlərin nümayəndələrinin Azərbaycanda sülh və harmoniya şəraitində yaşadıqları vurğulandı. Bu xüsusda ölkəmizdə pravoslav xristian icmasına göstərilən diqqət və qayğıdan bəhs edildi, həmin icmanın nümayəndələrinin də Azərbaycanın ictimai-siyasi və mədəni həyatında layiqincə təmsil olunduğu diqqətə çatdırıldı. Dini tolerantlığın təmin edilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olmaqla yanaşı, xalqımızın həyat tərzi kimi uzun illərdir mövcud olduğu bildirildi.
 
Sonra Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim etdi.
 
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrə görə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.
 
Birinci xanım Mehriban Əliyeva göstərilən diqqətə görə minnətdarlığını bildirdi.
 
***
20:02
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 3-də Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər.
 
Görüşdən sonra Moskva və bütün Rusiyanın Patriarxı Kirill Rus Pravoslav kilsəsinin I dərəcəli “Müqəddəs Knyaginya Olqa” ordenini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təqdim edib.
 
Qeyd edək ki, Azərbaycanın birinci xanımı bu ordenə cəmiyyətdə ənənəvi dəyərlərin qorunub saxlanmasına verdiyi töhfəyə görə Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin fərmanına əsasən layiq görülüb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.