Dəmir yumruq » Manşet » Arif Qaraşov YAP Veteranlar Şurasının tərkibinə üzv oldu - Fotolar
Manşet / Hadisə / Dün, 11:32

Arif Qaraşov YAP Veteranlar Şurasının tərkibinə üzv oldu - Fotolar

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbəti iclası keçirilib.
 
YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov iclasın gündəliyi haqqında məlumat verib.
 
Əvvəlcə YAP Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə yeni üzvlərin daxil edilməsi məsələsinə baxılıb, Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın Veteranlar Şurasının üzvlüyünə namizədliyi ətrafında müzakirələr aparılıb.
 
YAP Sədrinin müavini Əli Əhmədov, partiyanın İdarə Heyətinin üzvləri Hikmət Məmmədov və Bahar Muradova çıxış edərək hər iki şəxsin namizədliyini dəstəklədiklərini bildiriblər.
 
Müzakirələrdən sonra Arif Xanoğlan oğlu Qaraşov və Fidumə Məmmədəli qızı Hüseynovanın YAP Veteranlar Şurasının tərkibinə daxil edilməsi barədə qərar qəbul olunub.
 
Hər iki şəxs çıxış edərək göstərilən yüksək etimada görə Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürlərini bildiriblər.
 
Daha sonra cari məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul olunub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.