Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub.
Bu barədə “Teleqraf” məlumat yayıb.
Bildirilib ki, sözügedən xidmətin bir neçə əməkdaşı da işdən çıxarılıb.
Qeyd edək ki, Ə.Abbasov 1993-cü ildən Prezidentin Mətbuat Xidmətinin çəkiliş qrupunda çalışırdı. Onun, həmçinin MUZ TV-nin təsisçisi və kuratoru olduğu bildirilir.