Dəmir yumruq » Manşet » Növbəti iki gündə rayonlara leysan yağacaq - Xəbərdarlıq
Manşet / Hadisə / Dün, 18:48

Növbəti iki gündə rayonlara leysan yağacaq - Xəbərdarlıq

 

Bəzi şimal və qərb rayonlarında aprelin 25-i, dağlıq ərazilərdə isə 26-sı gündüz hava şəraitinin arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki) yağıntının arabir intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.
 
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.