Dəmir yumruq » Manşet » "Azərenerji”nin nizamnaməsində dəyişiklik
Manşet / Hadisə / Dün, 17:26

"Azərenerji”nin nizamnaməsində dəyişiklik

 

"Azərenerji”nin nizamnaməsi və strukturu təsdiqlənib.
 
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
 
Qərarda qeyd olunub ki, ASC-nin ali idarəetmə orqanı onun ümumi yığıncağıdır. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi kollegial icra orqanı olan İdarə Heyəti həyata keçirəcək.
 
İdarə Heyəti 3 üzvdən – Prezident tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən İdarə Heyətinin sədri və onun iki müavinindən ibarətdir. Cəmiyyətin yenidən təşkili və ya ləğvi Prezident tərəfindən həyata keçirilir.
 
İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərinin icrasını İdarə Heyəti sədrinin müəyyən etdiyi müavinlərindən biri həyata keçirir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.