Baş prokuror Kamran Əliyev paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edib.
Qeyd edək ki, Sabunçu Rayon Prokurorluğunda keçirilən qəbulda bu rayonla yanaşı digər bölgələrdən olan vətəndaşlar da iştirak edib.
Qəbulda iştirak edən 47 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Qəbuldan sonra Kamran Əliyev prokurorluq əməkdaşlarına konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdığını diqqətə çatdırıb.