Dəmir yumruq » Manşet » Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu
Manşet / Hadisə / Bugün, 18:49

Orxan Fikrətoğlu nazir müşaviri təyin olundu

 

Mədəniyyət nazirinə yeni müşavir təyin edilib.
 
Mədəniyyət naziri Adil Kərimlinin müvafiq Əmri ilə bu vəzifəyə Əməkdar incəsənət xadimi, yazıçı, publisist Orxan Fikrətoğlu (Orxan Sadıqov) təyinat alıb.
 
O, Mədəniyyət Nazirliyinin fəaliyyət istiqamətləri üzrə bir neçə vacib sahənin koordinasiyasını həyata keçirəcək.
 
Qeyd edək ki, O. Fikrətoğlu uzun müddət müxtəlif media orqanlarında və bir sıra qurumlarda fəaliyyət göstərib. Bu təyinatadək Mədəniyyət Nazirliyinin tabeliyindəki Kino Agentliyinin baş direktorunun səlahiyyətlərini müvəqqəti icra edib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.