Dəmir yumruq » Manşet » Suraxanıda ağacəkmə aksiyası keçirildi - Fotolar
Manşet / Hadisə / Dün, 19:51

Suraxanıda ağacəkmə aksiyası keçirildi - Fotolar

 

Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə akademik, əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
 
Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB-nin müavinləri və aparatın əməkdaşları, Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, qəsəbə inzibati ərazi dairələrinin və qəsəbə bələdiyyələrinin kollektivləri iştirak ediblər.
 
Bülbülə qəsəbəsi, 32-ci Bülbülə küçəsində təşkil olunan ağacəkmə aksiyasında 250 ədəd Eldar şamı əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Ağacəkmə aksiyalarının keçirilməsində məqsəd yaşıllıq zolaqlarını genişləndirmək, ekoloji sabitliyin qorunması, şəhərin ekoloji tarazlığını bərpa etmək və insanlar arasında təbiətə qayğı hissini təbliğ etməkdir.
 
Qeyd edək ki, Suraxanı rayonunda mövsüm ərzində yeni ağacların əkilməsi, yaşıllıqlara qulluq və abadlıqla bağlı iməcliklər davam etdiriləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.