Dəmir yumruq » Manşet » 36 məktəb direktoru işdən azad edilib
Manşet / Hadisə / Dün, 17:38

36 məktəb direktoru işdən azad edilib

 

36-mekteb-direktoru-isden-azad-edilib
 
2024-cü il ərzində 4743 monitorinq keçirilib, 36 məktəb direktoru işdən azad edilib.
 
Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb. 
 
“Ölkə üzrə təhsil müəssisələrini əhatə edən 4743 monitorinq nəticəsində 36 məktəb direktoru işdən azad edilib, 38 nəfərə sonuncu xəbərdarlıqla şiddətli tömət, 96 nəfərə töhmət verilib, 34 direktora isə xəbərdarlıq elan edilib. 
 
Aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilib. Nöqsan aşkar edilən təhsil müəssisələri nəzarətə götürülüb. Cari həftə ərzində təhsil müəssisələrində monitorinqlər davam etdiriləcək”, - məlumatda vurğulanıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.