Dəmir yumruq » Manşet » Bir sıra məhkəmələrə yeni hakimlər təyin olundu - Siyahı
Manşet / Hadisə / Dün, 14:30

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olundu - Siyahı


 

Bakı Sumqayıt, Şəki, Şirvan Apellyasiya məhkəmələrinə yeni hakimlər təyin edilib.
 
Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.
 
Layihəyə əsasən, Zəfər Əhmədov Bakı Apellyasiya Məhkəməsinə hakim təyin edilib. Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov həmin məhkəmənin hakimi vəzifəsindən azad edilərək Bakı Apellyasiya Məhkəməsinə göndərilib. Füzuli rayon Məhkəməsinin hakimi (sədr) Aqil Əlisa oğlu Musayev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.
 
Layihəyə əsasən, aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib:
 
- Allahverdiyev Elbəy Hidayət oğlu;
 
- Əyyubov Fərid İlham oğlu;
 
- Sarıyev Xəyal Əjdər oğlu.
 
Eyni zamanda layihəyə əsasən, vəzifələri dəyişdirilərək Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamran Muxtarov və Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Elçin Məmmədov Sumqayıt Apellyasiya Məhkəməsinə hakim təyin edilib.
 
Həmçinin vəzifələrinin dəyişdirilərək Şəki İnzibati Məhkəməsinin hakimi Vüqar Musayev, Şəmkir rayon Məhkəməsinin hakimi Taleh Musayev Şəki Apellyasiya Məhkəməsinə hakim göndərilib. 
 
Layihəyə uyğun olaraq, vəzifələri dəyişdirilən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Əliyev, Ağdaş rayon məhkəməsinin hakimi Cavid Sultanov, Masallı rayon Məhkəməsinin hakimi Ceyhun Quliyev, Saatlı rayon Məhkəməsinin hakimi Mirlətif Sadıqov Şirvan Apellyasiya Məhkəməsinə hakim təyin edilib. 
 
Elşad İbiş oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar olaraq Şirvan Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilib.
 
Məsələ səsverməyə qoyularaq qəbul edilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.