Dəmir yumruq » Manşet » Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı sərəncam
Manşet / Hadisə / 10-04-2025, 09:26

Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı sərəncam

 

Konstitusiya Məhkəməsinin hakimi ilə bağlı sərəncam
 
Rafael Sergeyeviç Qvaladze 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
 
O, Azərbaycan Respublikasının məhkəmə orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb.
 
Qeyd edək ki, R.Qvaladze 1948-ci il yanvarın 1-də Gürcüstanın Laqodexi şəhərində anadan olub. 1971-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Həmin il Ali Məhkəmədə əmək fəaliyyətinə başlayıb, 1998-ci ilədək baş məsləhətçi, şöbə rəisi, hakim işləyib, eyni zamanda prokurorluq və ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb.
 
O, 1998-ci il iyulun 14-də Konstitusiya Məhkəməsinin hakimi təyin olunub.
 
Məhkəmə Hüquq Şurasının üzvüdür.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.