Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Sabah duman və yağışlı hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, aprelin 10-da ölkə ərazisində yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.