Azərbaycanda bakalavr və magistratura təhsil pillələrini bitirən şəxslər hərbi xidmətə çağırılır. Lakin doktarantura təhsili alanların əsgər gedib-getməyəcəyi sualı cəmiyyətdə maraq doğurur.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin mətbuat katibi Pərviz Sədrəddinov mətbuata açıqlamasında doktorantların alimlik dərəcəsi aldıqları təqdirdə hərbi xidmətə çağırılmayacaqlarını bildirib.
"Lakin təhsil aldıqları müddət ərzində müdafiə edə bilməsələr, onlar da hər bir Azərbaycan vətəndaşı kimi hərbi xidmətə cəlb ediləcəklər", - deyə o əlavə edib.