Dəmir yumruq » Manşet » Şəhid ailələrinin sosial təminatı ilə bağlı yeni qərar
Manşet / Hadisə / 8-04-2025, 18:10

Şəhid ailələrinin sosial təminatı ilə bağlı yeni qərar

 

ŞəhidZ2 ailələrinin sosial təminatı ilə bağlı yeni qərar
 
Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsi qaydasına dəyişiklik edilib.
 
Bu  barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.
 
Belə ki, mövcud qanunvericiliyə əsasən, yuxarıda nəzərdə tutulan tədbirləri Sosial Xidmətlər Agentliyi həyata keçirir. Agentlik bu tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsaitə dair sifarişi Fondla razılaşdırmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir.
 
Yuxarıda nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün tələb olunan vəsait Agentliyin bank hesabına köçürülür.
 
Əvvəlki il Dövlət Sosial Müdafiə Fondu tərəfindən köçürülən vəsaitlər üzrə xərclərə dair Nazirliyin təsdiq etdiyi formada hesabatı, habelə görülən işlərə dair məlumatları Agentlik hər il fevralın 1-dək Fonda təqdim edir.
 
Yeni qərarla bu vəzifə və səlahiyyətlər Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzinə də aid ediləcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.