Azərbaycanın Baş prokurorunun müavini – Hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Baş Prokurorluqdan verilən məlumata görə, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin xidmətlərini yüksək qiymətləndirib.
Xanlar Vəliyevə Prezident İlham Əliyevin Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim olunub.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü Xanlar Vəliyev 2005-ci ildə Azərbaycanın Hərbi prokuroru vəzifəsinə təyin edilmişdi.