Dəmir yumruq » Manşet » Prezident onların vəzifədə olma yaş həddini artırdı
Manşet / Hadisə / Bugün, 20:18

Prezident onların vəzifədə olma yaş həddini artırdı

 

Konstitusiya Məhkəməsi hakimlərinin vəzifədə olma yaş həddi artırılıb.
 
Bununla bağlı Prezident İlham Əliyev “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
 
Dəyişikliyə əsasən, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olma yaş həddi 70-dən 75-ə artırılıb.
 
Konstitusiya Məhkəməsinin 75 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək, lakin 6 aydan çox olmayan müddətdə vəzifələrini icra etməyə davam edir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.