Dəmir yumruq » Manşet » Ordeni Sahibə Qafarovaya o təqdim etdi - foto
Manşet / Hadisə / Dün, 17:44

Ordeni Sahibə Qafarovaya o təqdim etdi - foto

 

   

Martın 17-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb.  
 
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib.
 
Görüşdə Azərbaycan ilə Rusiya arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunulub.
 
Azərbaycan Respublikasının Milli Məclisi ilə Rusiya Federasiyasının Federal Məclisinin Parlamentlərarası Əməkdaşlıq Komissiyasının rolu vurğulanıb. Matviyenko Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın beynəlxalq səviyyədə artan rolunu qeyd edib. Vurğulayıb ki, Azərbaycan beynəlxalq tədbirləri, mədəniyyətlərarası dialoqu təşviq edən forumları, həmçinin, nəhəng iqtisadi layihələri uğurla həyata keçirir.
 
O, bütün təzyiqlərə baxmayaraq, böyük iştirakçı sayının təmin olunduğu və mühüm nəticələrin əldə edildiyi COP29-un uğurla reallaşdırıldığını vurğulayıb, öz təbriklərini çatdırıb.
 
Sonda Matviyenko Rusiya Federasiyasının “Dostluq” ordenini Sahibə Qafarovaya təqdim edib.
 
Qeyd edək ki, ötən həftə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Milli Məclisinin (MM) sədri Sahibə Qafarovanı “Dostluq” ordeni ilə təltif etmişdi.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.