Dəmir yumruq » Manşet » Bu tarixdə ölkəmizə bahar gəlir
Manşet / Hadisə / Bugün, 18:37

Bu tarixdə ölkəmizə bahar gəlir

 

Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.
 
Bu  barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb. 
 
Bildirilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. 
 
Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
 
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Baharın gəlişini və təbiətin yenidən oyanışını xəbər verən, eyni zamanda bolluq və bərəkətin rəmzi olan Novruz  Azərbaycan xalqına sülh və əmin-amanlıq gətirsin!

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.