Dəmir yumruq » Manşet » Son sutkada bank kartlarına belə hücumlar edilib - DİN-dən xəbərdarlıq
Manşet / Hadisə / Bugün, 17:56

Son sutkada bank kartlarına belə hücumlar edilib - DİN-dən xəbərdarlıq

 

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib.
 
Müraciətdə dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bank kartlarının talanması hallarına rast gəlindiyi qeyd edilib:
 
“Son 24 saat ərzində baş verən bu tipli hadisələrin təhlili onu deməyə əsas verir ki, əksər epizodlarda zərərçəkənlər oxşar üsul və vasitələrlə aldadılıb.
 
Əvvəlcə mülayim və inandırıcı səslə özünü bank işçisi kimi təqdim edən şəxs tərəfindən zəng olunur. Sizi öz yalanına inandırandan sonra “bank hesabınıza müdaxilə edildiyini, pulunuzun təhlükə altında olduğunu” bildirir. Kömək etməsi üçünsə kartın üzərində olan 16 rəqəmi istəyir. CVV kodunu söyləyəndən sonra bankınızın sizə göndərdiyi OTP və ya 3D təhlükəsizlik kodunu da qarşınızdakı “bank əməkdaşına” dediyiniz anda iş-işdən keçmiş olur. Atacağınız addım çox sadədir. Kart məlumatlarınızı tanımadığınız və güvənmədiyiniz heç bir şəxslə bölüşməyin.
 
Unutmayın, bank kartınızın təhlükəsizliyi öz əlinizdədir!”

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.