Dəmir yumruq » Manşet » Göyçayda ağac və gül kolları əkilir -Foto
Manşet / Hadisə / Bugün, 16:59

Göyçayda ağac və gül kolları əkilir -Foto

 

Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına müvafiq olaraq Göyçayda 11 mart  2025-ci il tarixdə  gül əkmə aksiyası keçirilib.

 

 

Göyçay rayonu ərazisində yazın gəlişi ilə bağlı və yaşıllıqların artırılması məqsədilə müxtəlif növ ağac və gül-çiçək kollarının əkilməsi, yol kənarlarının abadlaşdırılması istiqamətində işlər görülür.

Mart ayının 12-dək rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Şəhər Təsərrüfatı Birliyinin işçiləri tərəfindən Ulu Öndərin adını daşıyan şəhərin Heydər Əliyev prospektində, M.Ə.Rəsulzadə, Natəvan küçələrində və Sabir bağında ümumilikdə 110 ədəd eldar şamı, 384 ədəd müxtəlif növ dekorativ gül və çiçək kolları, eləcə də 3 ədəd tuya bitki növləri əkilib.

Əkilən ərazilərdə əvvəlcə təmizlik işləri aparılaraq səliqə-səhman yaradılıb, ağacların dibləri şumlanıb və əkilmiş bitkilərin suvarılması təmin edilib.

Şəhər Təsərrüfatı Birliyi tərəfindən mövcud yaşıllıqlar davamlı olaraq diqqət mərkəzində saxlanılır.

Zəka Nağıyev 


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.