Dəmir yumruq » Manşet » Bəzi yollarda sürət həddi ENDİRİLDİ
Manşet / Hadisə / Dün, 19:51

Bəzi yollarda sürət həddi ENDİRİLDİ

 

Bakıda bəzi yollarda sürət həddi ENDİRİLDİ
 
Bakıda dumanlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.
 
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
 
Bildirilib ki, bununla bağlı Mərkəzin əməkdaşları tərəfindən məlumat-sürət tablolarında dəyişiklik edilib.
 
Eyni zamanda, tablolarda "dumanlı hava" işarəsi qoyulub.
 
Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.
 
Daxili İşlər Nazirliyi (DİN)
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM)

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.