Dəmir yumruq » Manşet » Jurnalistlər "Elektron məhkəmə"dəki məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət ediblər
Manşet / Hadisə / Dün, 19:27

Jurnalistlər "Elektron məhkəmə"dəki məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət ediblər

 

Jurnalistlər "Elektron məhkəmə"dəki məhdudiyyətlərlə bağlı İnam Kərimova müraciət ediblər. 
Media nümayəndələri "Elektron məhkəmə" sistemində tətbiq edilən məhdudiyyətlə bağlı Məhkəmə Hüquq Şurasının və Ali Məhkəmənin sədri İnam Kərimova müraciət ediblər.
 
Məhkəmələrin fəaliyyətini işıqlandıran jurnalistlər məhdudiyyətin tətbiqini sistemdən istifadədə çətinlik yaratdığını vurğulayaraq, bunu şəffaflığın pozulması kimi qiymətləndiriblər.
 
Bildirilib ki, məlumatların qapalı olmasına görə məhkəmə işlərinin araşdırılması, ictimaiyyətə informasiya çatdırılması istiqamətində ciddi maneə yaranıb.
 
Müraciətdə o da vurğulanıb ki, e-məhkəmə sistemi məhkəmə proseslərinin şəffaf və əlçatan olması üçün yaradılıb, lakin qoyulan məhdudiyyət ictimai maraq kəsb edən işlərə dair məlumatların əldə edilməsinə əngəldir.
 
Jurnalistlər İnam Kərimovun problemin həllində yardımçı olacağına ümid etdiklərini bildiriblər.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.