Dəmir yumruq » Manşet » Tramp Xameneiyə məktub göndərib
Manşet / Hadisə / 7-03-2025, 16:33

Tramp Xameneiyə məktub göndərib

 

ABŞ Prezidenti Donald Tramp İranın ali lideri Əli Xameneiyə məktub ünvanlayıb.
 
Bu barədə məlumatı Tramp “Fox Business” telekanalına müsahibəsində açıqlayıb. 
 
Onun sözlərinə görə, məktubda İranın nüvə proqramına dair danışıqlar üzrə təklif verib: “Cümə axşamı İran liderinə məktub göndərmişəm, İranla saziş bağlamağa üstünlük verərdim”.
 
O, həmçinin İranın nüvə silahı əldə etməməli olduğuna dair fikrini bir daha təkrar edib, Tehranın Vaşinqtonla danışıqlara gedəcəyinə ümid etdiyini vurğulayıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.