Dəmir yumruq » Manşet » Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar. “Qafqazinfo” xəbər verir ki, Birinci vitse-prezidentə bağçanın mövcud vəziyyət
Manşet / Hadisə / 6-03-2025, 18:30

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar. “Qafqazinfo” xəbər verir ki, Birinci vitse-prezidentə bağçanın mövcud vəziyyət

 

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və qızı Arzu Əliyeva Gəncə şəhəri 40 saylı körpələr evi-uşaq bağçasında olublar.
 
Birinci vitse-prezidentə bağçanın mövcud vəziyyəti ilə bağlı məlumat verilib.
 
Qeyd edilib ki, bu məktəbəqədər təhsil müəssisəsi 1967-ci ildə inşa olunub. 120 yerlik uşaq bağçasında faktiki 70 uşağın təlim-tərbiyəsi aparılır. Hazırda bina yararsız vəziyyətdədir.
 
Birinci vitse-prezident Mehriban Əliyeva bağçada məktəbəqədər təhsilin və uşaqların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili məqsədi ilə müvafiq tapşırıqlar verib.
 
Respublikamızda yeni uşaq tərbiyə müəssisələrinin inşası, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulması üzrə həyata keçirilən dövlət proqramları ilə yanaşı, Heydər Əliyev Fondu da bu sahəni daim diqqətdə saxlayır. Fond 2014-cü ildən etibarən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramını həyata keçirərək, uşaqların təlim-tərbiyəsinə, onların bilikli və savadlı yetişməsinə öz töhfəsini verir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.