Dəmir yumruq » Manşet » Deputatı Samir Vəliyev növbəti dəfə vətəndaş qəbulu keçirib
Manşet / Hadisə / 6-03-2025, 09:49

Deputatı Samir Vəliyev növbəti dəfə vətəndaş qəbulu keçirib

 

 20 saylı Nərimanov ikinci seçki dairəsi üzrə VII çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Samir Vəliyev növbəti dəfə vətəndaş qəbulu keçirib. 
Görüşdə iştirak edən yerli sakinlər onları narahat edən məsələlərlə bağlı müraciətlərini deputata çatdırıb.
Müraciətlər əsasən, sosial təminat, məşğulluq və infrastruktur problemləri ilə bağlı olub. Qəbul zamanı qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb.
Samir Vəliyev digər məsələlərin həlli üçün aidiyyəti qurumlarla əməkdaşlıq edəcəyini bildirib. O, bu görüşlərin vətəndaşlarla sıx ünsiyyət qurmaq, problemlərin həllinə daha effektiv yanaşmaq məqsədi daşıdığını qeyd edib.
Deputat vətəndaşların müraciətlərinə həmişə açıq olduğunu və gələcəkdə bu cür görüşlərin davam etdiriləcəyini vurğulayıb.


DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.