Xəbər lenti
Dəmir yumruq » Manşet » Küləklə bağlı xəbərdarlıq
Manşet / Hadisə / 27-02-2025, 16:43

Küləklə bağlı xəbərdarlıq

 

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.
 
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 28-i və martın 1-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq olunub.
 
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Hacıqabul, Salyan, Neftçala, Qobustan, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Xızı, Xaçmaz, Şabran, Qusar, Sabirabad, Şirvan, İmişli, Zərdab, Ağcabədi, Göyçay, Qəbələ, Şəki, Kürdəmir, Beyləqan, Füzuli, Zəngilan, Kəlbəcər, Laçın, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Naftalan, Goranboy, Gəncə, Samux, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy və Göygöldə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: Demiryumruq@gmail.com
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.