


25 fevral tarixində Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid Dinar Mustafayevin doğum günü qeyd olunub. Tədbirdə şəhidin ailə üzvləri, şəhid anaları, müharibə vetranları, qazilər, şəhidin sinif yoldaşları, həmyerliləri, Binəqədi rayon İcra Hakimiyətinin Başçısının Xocəsən qəsəbə icra nümayəndəliyinin rəhbərliyi, Xocəsən qəsəbə Bələdiyəsinin sədri və uzvləri, KİV nümayəndələri, sakinlər iştirak ediblər.
Tədbirdə çıxış edən“Milli Mədəniyyətimizin Təbliği” ictimai birliyinin sədri Jalə Cəfərova, şəhidin anası Firəngiz Mustafayeva, bələdiyyə sədri Nigar Məmmədova, Xocəsən qəsəbə icra nümayəndəliyinin müavini Ramiz Həsənzadə, müəllim Şahmurad Məmmədov, hüquqşünas, jurnalist bələdiyyə üzvü Anar Nağıyev, Dinar Mustafayevin və şəhid olan igid, qəhramanlarımızın şucaətindən danışaraq, uca zirvə olan şəhidlik adının müqədəsliyindən, 7 şəhid, 1 şahid hadisəsi barədə araşdırmanın aparılmasını, dərsliklərə salınmasını, bu kimi qəhrəmanlıqların qızıl hərflərlə tarixə yazılmasını, şəhid ailələrinə qarşı dövlət qayğısının daima olmasını vurğulayaraq, örnək olan, daşnaqların, ermənilərin və onların havadarlarının xalqımızın başına gətirdikləri müsibətləri, 30 ilə yaxın torpaqlarımızın işğal altında olmasını, qaşqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımız barədə geniş məlumatları, nümunəvi igidlərimizin qəhrəmanlıqları haqqında gələcək nəsillərə real hadisələrin çatdırmağın vacibliyini bildirdilər.
Xocəsən qəsəbəsində yeni salınan küçələrə şəhidlərimizin adının əbədləşdirlməsi məqsədi ilə vurulan xatirə lövhələri bir daha şəhidlərimizin adına verilən qiymətin baris nümunəsidir. Bildirək ki, Binəqədi rayonu ərazisində bir çox küçələr şəhidlərimizin adını daşıyır. Bu gün toplaşdığımiz Xocəsən qəsəbəsinin ərazisində olan bu küçə, mövludun qeyd etdiyimiz 7 şəhidin ayrılmaz şəhidin, cənnət qardaşlarından biri olan Dinar Mustafayevin adının əbədləşdirlməsi
bir daha qəhramanlarımızı yaşadmaq məqsədi güdür. Binəqədi ayon İcra Hakimiyyəti tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir, şəhid ailələri və qazilər evlərində ziyarət olunur.
Çıxış edən natiqlər "7 şəhid 1 şahid" haqqında sənədli və bədii filimin çəkilməsi, kitabların yazılması, bu qəhramanlığın yaşadılması məqsədi ilə dərsliklərə salınacaq mövzuların hazırlanması bildirildi. İstər Birinci Qarabağ müharibəsi, istər müxtəlif dövrlərdə cəbhədə baş verən hadisələr zamanı şəhid olanlar, istərsədə tarixdə iz qoyan aprel, iyul münaqişələri, 44 gün ərzində baş verən Vətən mühribəsi qıhrımanlarımızın qanları-canları ilə vətən torpaqlarını qoruması ən şərfəli tariximiz kimi yaşamalıdır. İnanırıq ki, bundan sonrada şəhidlərimizin adı daim əbədləşdirləcək.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində torpaqlarımızın erməni işğalından azad edilməsi tarixə qızıl hərflərlə yazılıb.
Tarix boyu Azərbaycan çox şərəfli anlar yaşamış, xalqımızın qüruruna səbəb olan hadisələr baş vermişdir. Ancaq bu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandılan qələbələr, torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tarixində xüsusi əhəmiyyət kəsb edir. Hər bir Azərbaycan vətəndaşı bu tarixi, şərəfli məqamların şahidi olmaqdan, qürurverici tarixi günləri yaşamaqdan xoşbəxt olduğunu dilə gətirir. Azərbaycan xalqı 30 ildə yorulmadan, dövlətini möhkəmləndirərək bu möhtəşəm Qələbə xəbərini səbirsizliklə gözləyirdi. Fərəhləndirici haldır ki, heç bir beynəlxalq ədalətsizlik, heç bir əziyyət xalqımızın qələbəyə inamını sarsıtmadı, Azərbaycan xalqının, dövlətinin, onun liderinin iradəsinə təsir etmədi. Hər ötən gün xalqımız Prezident İlham Əliyevin ətrafında getdikcə daha sıx birləşdi, birliyimiz hər gün daha da gücləndi. Məhz xalq-dövlət-ordu birliyi sayəsində Azərbaycanın işğal altında olan torpaqları azad olundu. Ancaq bütün qələbələrin əsasında, əlbəttə ki, Prezident İlham Əliyevin mükəmməl diplomatik bacarıqları, dövlət maraqlarının təmin olunmasına istiqamətlənmiş xarici siyasət kursu dayanırdı. Bu gün xalqımız ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti, uzaqgörən siyasəti, ordumuzun güc-qüdrəti ilə nail olunan zəfər sevincini yaşayır. Uzun illərdən bəri dərin intizarla gözlədiyimiz bu Qələbə, eyni zamanda, Azərbaycanın erməni işğalçıları tərəfindən pozulan ərazi bütövlüyünün bərpasının təsdiqidir.
1997-ci il 7 aprel tarixi... Azərbaycan Xüsusi Təyinatlı kəşfiyyatçı qrupun 8 üzvü cəbhənin Xocavənd rayonu - Hadrut ətrafında aldığı mühüm tapşırığı yerinə yetirmək üçün hərəkətə keçir. Düşmən arxasına keçən kəşfiyyat qrupu təkcə döyüş tapşırığını uğurla yerinə yetirmir, həm də "Xocavənd əməliyyatı" ilə qəhrəmanlıq tariximizin daha bir səhifəsini yazır. Kəşfiyyat qrupunun qəhrəman şəhid üzvləri - leytenantlar Elxan Ağayev (qrupun komandiri), Vüqar Yarəhmədov (komandirin müavini), çavuşlar Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və qrupun yeganə sağ qalan üzvü Aqil Əhmədov olub. Onların həm komandirini, həm yaxınlarını dinlədikcə, gənc yaşda hər birinin vətənpərvərliyinə, cəsarətinə heyrətlənməyə bilmirsən. Elə öz igidlikləri ilə düşməni də heyrətləndiriblər...
Xüsusi təyinatlı kəşfiyyatçı qrupunu düşmən gördüyü üçün döyüşə girməli olurlar. Ermənilər kəşfiyyatçılarımızı sağ ələ keçirmək istəyir, buna görə də onlara təslim olmağı təklif edirlər. Bizimkilər bunu qəbul etmirlər və qeyri-bərabər döyüşə girirlər. Onlar mühasirədə üç gün, üç gecə vuruşurlar. Qarşı tərəf döyüşə çox böyük qüvvə cəlb edir. Buna baxmayaraq kəşfiyyatçılarımız xeyli sayda erməni qüvvəsini və texnikasını məhv edə bilir.
Kəşfiyyatçılarımız sonadək vuruşur, mərmiləri tükənəndə isə düşmən əlinə keçməmək üçün bir-birlərinə sarılaraq, aprelin 10-da qumbara ilə özlərini partladırlar. Aqil Əhmədov daha əvvəl yaralandığı üçün huşsuz halda meşədə qalır və düşmən onu əsir götürür. Torpaqlarımız işğaldan azad edildikdən sonra "Xocavənd əməliyyatı" şəhidlərinin ailələrinin, yaxınlarının onları ziyarət etmək üçün artıq beşinci ildir ki, Xocavəndə - kəşfiyyatçılarımızın şəhid olduğu əraziyə səfərləri təşkil edilir. Məhz həmin ərazidə 7 qəhrəman Azərbaycan övladı vətən yolunda şəhid olub. Bu il də onların yaxınları şəhidləri ziyarət etdilər.
Qeyd edək ki, xüsusi təyinatlı hərbi hissənin əsgərləri olan şəhid Dinar Mustafayev və digər 6 döyüşçü 1997-ci ildə Hadrut istiqamətində tapşırılmış əməliyyatda şiddətli döyüşdən sonra mühasirəyə düşüblər. Əsir düşməmək üçün özlərini partladaraq dünyalarını dəyişiblər. Həmin əməliyyatdan sağ çıxan yeganə döyüşçü Aqil Əhmədov çıxışında "Mən uşaqların şəhid olduğunu erməni əsirliyində olarkən öyrəndim. Dedilər ki, onlar özlərini partladıblar, şəkillərini göstərdikdən sonra inandım. Hətta erməniləri belə bizim qrupun qəhrəmanlığı heyrətləndirmişdi. Onların yaşlı hərbçiləri həmişə sual verirdilər ki, siz necə dərs keçirsiniz ki, yaşamaq şansı varkən, gözlərinizi qırpmadan şirin canınıza qıyır, özünüzü partladırsınız. Onda indiki kimi sosial şəbəkələr yox idi, vətənpərvərlik mövzusunda belə təbliğat aparılmırdı. Bizə ancaq hərbi hissələrdə, bölük, hərbi hissə və taqım komandirləri dərs keçirdilər. Demək ki, yaxşı dərs almışıq".
İllər keçdikcə baş verənləri daha aydın, dərin analiz etmək olur, Biz müqəddəs amal uğrunda mübarizə aparırdıq, uşaqların seçdiyi yol ən müqəddəs yol oldu deyən A. Əhmədov çıxışının sonunda şəhidlərimizə rəhmət, qazilərimizə şəfa dilədi.
Tədbirdə çıxış edən şəhid oğlu vətən müharibəsi qazisi Vüqar Yarəhmədov öz təəssüratlarını bölüşərək, şəhidlərin adının əbədləşməsində əziyyəti keçən şəxslərə ailəsi adından minətdarlığını bildirdi. Bu gün ərazilərin bərpası ilə bağlı həyata keçirilən fəaliyyət dağlıq və düzən Qarabağ bölgələrinə yönəlik dövlət siyasətimizin yeni strategiyasının tərkib hissəsidir. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə irəli sürülən taleyüklü tarixi təşəbbüslər təsdiqləyir ki, dövlətimiz azad edilmiş rayonlarımızla bağlı dəqiq və sistemli siyasət kursuna malikdir. Ölkə Prezidentinin bərpa siyasətinin bu istiqamətdə göstərilən birgə səylərlə uğurlu nəticələri milli birliyimizin daha bir əyani təcəssümünə çevriləcəkdir. Tezlikən Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı tarixi zərurətdir və bu, ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi olacaq. Hər kəsin öz doğma yurdunda yaşamaq hüququ var və bu, beynəlxalq konvensiyalarda təsbit edilib. Azərbaycan xalqı Müzəffər Ali Baş Komandanın qətiyyəti, apardığı uğurlu xarici və daxili siyasəti sayəsində Qərbi azərbaycanlıların da doğma torpaqlarına qayıdacaqları günün uzaq olmadığına tam əmindir.
Qeyd edək ki, “Müdafiə Nazirliyinin Kəşfiyat İdarəsindən verilən tapşırığa əsasən, 8 nəfərlik bir kəşfiyyat qrupu düşmən arxasından əməliyyata başladıq. Şiddətli döyüşdən qayıdarkən, aprelin 10-u mühasirəyə düşdük. Mən yaralanmışdım və digərlərindən kənara düşmüşdüm. Dinar Mustafayev və digər 6 nəfər özlərini partladaraq şəhid oldular. Mən əsir götürüldüm və 1 ildən artıq əsirlikdə qaldım. 1998-cildə Heydər ,Əliyevin köməyilə əsirlikdən azad olundum”.
Şəhid anası Firəngiz Mustafayeva "Dinar çox vətənpərvər, mehriban, qayğıkeş idi. Hamı onu çox istəyirdi. 20 yaşında şəhid oldu. Bacısı yuxusunda görmüşdü ki, televizorda Dinarın şəhid olması xəbərini elan edirlər. Ondan sonra Novruz bayramında - 21 martda gəldi.
Allaha şükür etdim. Özümə təsəlli verirdim ki, Novruzda gəlibsə, deməli, növbəti bayramları da evimizdə, bir yerdə keçirəcəyik. Çünki belə bir inanc var. Amma aprel ayında Dinar şəhid oldu. Demək ki, yuxu düz imiş. Dinar sonuncu gəlişində qarda geyindikləri ağ paltarı evdə qoydu. Dedi ki, onu saxlayım. İndi həmin geyimi saxlamışam və vəsiyyət etmişəm ki, mənim kəfənim olsun. Bu da mənim təsəllimdir". Bu gün qismətdən ilk çərşənbə Su çərşənbəsidir.. mövludun mübarək olsun oğlum...
Tədbir iştirakçılarına minətdarlıq edən şəhidimizin anası Firəngiz Mustafayeva, ailə uzləri Xocəsən Qəsəbəsinin Bələdiyysinin sədr müavini Qəhraman Qəhramanov və Şəfəq Mustafayeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya öz təşəkkürünü ifadə edirlər.
Sonda şəhidlərimizin adına ehsan süfrəsi verildi.
Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin..