Dəmir yumruq » Manşet » Sürücü və piyadaların təhlükəsizliyi üçün yollar qardan təmizlənib
Manşet / Hadisə / Dün, 17:36

Sürücü və piyadaların təhlükəsizliyi üçün yollar qardan təmizlənib

 

Ölkə ərazisində davam edən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq Xətai rayonunda polis əməkdaşları müvafiq icra orqanlarının kommunal təsərrüfat işçiləri ilə birgə zəruri tədbirlər görür.
 
Yollarda və insanların intensiv hərəkət etdiyi yerlərdə gücləndirilmiş rejimdə xidmət təşkil olunub.
 
Gecə saatlarında qarın yaratdığı problemlərin aradan qaldırılması istiqamətində işlər davam etdirilib. 
 
Sürücülərin və piyadaların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə yollar və səkilər qardan təmizlənib, əraziyə duz qum qarışığı səpilib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.