Bakıda Asiya Parlament Assambleyasının 15-ci Plenar Sessiyası öz işinə başlayıb
Fevralın 19-da Milli Məclisin inzibati binasında Asiya Parlament Assambleyasının (APA) “Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu” mövzusuna həsr edilmiş 15-ci plenar sessiyasının açılış mərasimi keçirilib.
Tədbirdə 35 nümayəndə heyəti, o cümlədən, ümumilikdə 280 nəfərə yaxın nümayəndə iştirak edib.
15-ci Plenar sessiyanın açılışında Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.
Açılış mərasimində çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova sessiya iştirakçılarını salamlayaraq, bu plenar sessiyada iştirak etdikləri üçün bütün parlamentlərin və beynəlxalq təşkilatların nümayəndələrinə minnətdarlığını bildirib. O, qeyd edib ki, bu, əməkdaşlığımızı daha da inkişaf etdirmək və bu platformanı möhkəmləndirmək istiqamətində qətiyyətli niyyətimizin və sadiqliyimizin göstəricisidir.
https://www.meclis.gov.az/news.php?id=5952&lang=az