Xəbər lenti
Dəmir yumruq » Manşet » Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub
Manşet / Hadisə / 18-02-2025, 17:41

Prezident İlham Əliyev Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olub


 

Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam Muğam v Mərkəzində görülən tikinti işləri ilə tanış olublar.
 
Dövlətimizin başçısına və birinci xanıma Muğam Mərkəzində görülən işlərlə bağlı məlumat verildi.
 
Ümumi sahəsi 1,4 hektar olan Mərkəzin birinci mərtəbəsində kafe, kinozal, kitabxana və iki rəqs zalı yaradılıb. Buradakı 507 yerlik konsert zalında müxtəlif mədəni tədbirlər, o cümlədən muğam gecələri təşkil etmək üçün hərtərəfli şərait var.
 
İkinci mərtəbədə inzibati otaqlar yerləşir. Mərkəzdə 14 dərs otağı, sərgi salonu, iclas zalı, müəllimlər otağı və digər otaqlar fəaliyyət göstərəcək.
 
Ağdam Muğam Mərkəzinin ərazisində 1250 kvadratmetrlik açıq amfiteatr da inşa edilib.
 
Tikinti-quraşdırma işləri artıq yekunlaşmaq üzrədir. Hazırda tamaşa zalında, binanın çöl hissəsində son tamamlama işləri görülür, müvafiq avadanlıq və mebellər quraşdırılır.
 
Qeyd edək ki, muğamın təbliği və inkişafı istiqamətində dövlətimiz tərəfindən son illərdə görülən işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Fondun həyata keçirdiyi layihələrin nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun “Bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri” siyahısına salınıb.
 
Xatırladaq ki, Ağdam Muğam Mərkəzinin təməli 2023-cü il mayın 2-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən qoyulub.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.