Dəmir yumruq » Manşet » Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi
Manşet / Hadisə / 17-02-2025, 15:49

Turizm zonalarında qanunsuz fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edildi

 

Turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə cərimələr müəyyən edilib.
 
Prezident İlham Əliyevin imzaladığı qanunla İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərdə öz əksini tapıb.
 
Dəyişikliklə, Məcəlləyə aşağıdakı məzmunda 428-1.6-cı maddə əlavə edilir:
 
"428-1.6. Turizm və rekreasiya zonalarının ərazisində "Turizm haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş fəaliyyətlə məşğul olmağa görə - fiziki şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir".

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.