Xəbər lenti
Dəmir yumruq » Manşet » 12 gün ardıcıl qeyri-iş günü olacaq
Manşet / Hadisə / 15-02-2025, 20:22

12 gün ardıcıl qeyri-iş günü olacaq

 

Tam 12 gün ardıcıl qeyri-iş günü olacaq. 
 
Xəbər verdiyimiz kimi, mart ayının 20 və 24-ü Novruz bayramı ilə bağlı qeyri-iş günüdür.
 
22 və 23 mart tarixləri şənbə və bazara düşdüyü üçün, qanunvericiliyə uyğun olaraq, şənbə-bazar istirahət günləri bayram günündən sonrakı ilk iş gününə keçirilir və buna görə də 25 və 26 mart tarixləri də qeyri-iş günü olacaq.
 
Azərbaycanda 30-31 martda Ramazan bayramı qeyd ediləcək və bu günlər də qeyri-iş günüdür. 30 mart bazar gününə təsadüf etdiyindən, 1 aprel də qeyri-iş günü olmalıdır.
 
Nazirlər Kabinetinin bu gün verdiyi qərarla, qeyri-iş günlərinin ardıcıllığını təmin etmək məqsədilə 27 və 28 mart tarixləri ilə 10 mart və 1 aprel istirahət günlərinin yerləri dəyişdirilib. Beləliklə, 1 aprel iş günü olacaq.
 
Bununla da Azərbaycanda 20-31 mart - 12 gün ardıcıl qeyri-iş günləri olacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.