Dəmir yumruq » Manşet » Bu gün general-mayor, keçmiş icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin ad günüdür
Manşet / Hadisə / 12-02-2025, 07:40

Bu gün general-mayor, keçmiş icra hakimiyyəti başçısı Mehdi Səlimzadənin ad günüdür


 

Redaksiyamız Mehdi ildırım oğlu Səlimzadə haqqında qısa arayış təqdim edir.
Mehdi Səlimzadə 1955-ci ildə 12 fevral tarixində İmişli rayonunda anadan olub. Ali tibb və hüquqşünas təhsili var.
2003 - cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakultəsini fərqlənmə diplomuyla bitirib.
1996-2000-cı illərdə Milli Məclisin Yerli özünüidarəetmə məsələləri üzrə Daimi Komissiyasında ekspert kimi çalışıb.
Bələdiyyə sisteminin inkişafına həsr olunan onlarca elmi-publisistik məqalənin və monoqrafiyanın müəllifidir.
2000-2003- cü illərdə Mərkəzi Seçki Komissiyasının üzvü, 2004- cü ildən Azərbaycan Bələdiyyə Qulluqçuları Həmkarlar İttifaqının təsis edilməsiylə bağlı yaradılan təşkilat qrupun rəhbəri və komitənin ilk sədri seçilib.
Türk Dünyası Bələdiyyələr Birliyinin həmsədri kimi Azərbaycan bələdiyyə sistemini mütəmadi olaraq beynəlxalq tədbirlərdə layiqincə təmsil edib.
Bir sıra dövlət mükafatlarıyla təltif edilib.
2012-ci ildən Azərbaycan Prezidenti Ilham Əliyevin sərəncamıyla III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib.
"Bələdiyyə həyatı" qəzetinin təsisçisidir.
2004-cü ildən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzinin rəisi vəzifəsində çalışıb.
10 iyun tarxili Azərbaycan Respublikası Prezidentinin Sərəncamıyla Mehdi İldırım oğlu Səlimzadə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
28 fevral 2022-ci il tarixində icra hakimiyyəti başçısı vəzifəsindən azad olunub.
 
Dövlətə, dövlətçiliyə sadiq,daima xalqın yanında olan, böyük idarəçilik mədəniyyətinə sahib olan, vətənpərvər, peşəkar, qayğıkeş, diqətçil, mehriban, səmimi, sadə insan olan Mehdi Səlimzadənin 12 fevral 2025 ci tarixində ad günüdür. 
Hörmətli və əziz genral mayor,başçı, rəhbər, şəxsiyyət, gözəl insan Mehdi Səlimzadə ad gününüz, 70 yaşınız, yubleyiniz mübarək olsun,
Sizə cansağlığı, uzun ömür arzulayırıq.
Hörmərlə : Demiryumruq. Az

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.