Dəmir yumruq » Manşet » Mart ayında 8 qeyri-iş günü var
Manşet / Hadisə / 9-02-2025, 15:51

Mart ayında 8 qeyri-iş günü var

 

Mart ayında 8 qeyri-iş günü var.
 
Demiryumruq. Az xəbər verir ki, 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimində 8 Mart–Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart – Novruz bayramı, 30, 31 mart – Ramazan bayramıdır.
 
Belə ki, 8 Mart–Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq.
 
Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq.
 
Bundan başqa, 30, 31 mart isə Ramazan bayramına təsadüf edir. 30 mart tarixi isə həftənin bazar gününə təsadüf etdiyindən 1 aprel tarixində də qeyri-iş günü olacağı gözlənilir.
 
Məlumat üçün bildirək ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı da gözlənilir.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.