Dəmir yumruq » Manşet » Türkiyənin yeni səfiri səlahiyyətlərinin icrasına başladı
Manşet / Hadisə / Bugün, 15:37

Türkiyənin yeni səfiri səlahiyyətlərinin icrasına başladı

 

Türkiyənin Azərbaycandakı yeni səfiri Birol Akgün fevralın 1-dən səlahiyyətlərinin icrasına başlayıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə Türkiyən Azərbaycandakı səfirliyi rəsmi X hesabında məlumat yayıb.
 
Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 31-də Birol Akgünün etimadnaməsinin surətini qəbul edib.
 
Xatırladaq ki, yanvarın 10-da Prezident Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 
Bundan əvvəl Türkiyənin Azərbaycandakı səfiri vəzifəsini Cahid Bağçı icra edib. Onun 2024-cü il dekabrın 14-də Azərbaycanda diplomatik fəaliyyət müddəti başa çatıb.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.