Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Bakı Humanitar Kollecin birgə təşkilatçılığı ilə 2 Fevral-Azərbaycan Gəncləri Gününə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, millət vəkili Səbinə Xasayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və şöbənin əməkdaşları, Yeni Azərbaycan Pariyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Bakı Humanitar Kollecin direktoru Nərmin Qaralova, müəllimlər və gənclər iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə tələbələrin əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı, müstəqilliyi, suverenliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Çıxış edənlər-Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, millət vəkili Səbinə Xasayeva, Yeni Azərbaycan Pariyası Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Bakı Humanitar kollecin direktoru Nərmin Qaralova gəncləri təbrik edərək qeyd etdilər ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu ali diqqət və qayğını daim öz üzərində hiss edən Azərbaycan gəncliyi göstərilən etimadı layiqincə doğrultmağa çalışır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram” - sözləri Azərbaycan dövlətinin gənclərə etimadının, gənclərin isə ölkə başçısına məhəbbətinin və dəstəyinin bariz nümunəsidir.
Tədbirin bədii hissəsində Bakı Humanitar Kollecinin gənc müəllimlərinin və tələbələrinin ifasında gözəl musiqi nömrələri, şeirlər ifa edildi.