Dəmir yumruq » Manşet » Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq -
Manşet / Hadisə / Bugün, 11:39

Azərbaycanda meyitlərin yandırılması üçün mərkəzlər yaradılacaq -

 

Azərbaycanda meyitlərin yandırılması üçün kremasiya mərkəzləri yaradılacaq.
 
Bunu millət vəkili Ceyhun Məmmədov deyib.
 
O bildirib ki, Azərbaycan dünyəvi dövlətdir. Bu gün ölkədə müxtəlif din, etiqad nümayəndələri yaşayır. Onların etiqad azadlığı təmin olunur. Elə buna görə də meyitlərin yandırılması üçün xüsusi mərkəzlər yaradılacaq. Bu ona görə ediləcək ki, gələcəkdə hansısa etiqad nümayəndəsinin belə arzusu olduqda, bu, qanuna istinadən tənzimlənsin.
 
Ceyhun Məmmədov bildirib ki, meyitlərin yandırılması üçün nəzərdə tutulan xüsusi mərkəzlərlə bağlı araşdırma aparılır.
 
O da bildirilib ki, hazırda cəsədinin yandırılmasını istəyən az sayda insan var, bu kütləvi deyil.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.