Dəmir yumruq » Manşet » Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq
Manşet / Hadisə / Dün, 12:55

Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda olacaq

 

Türk Dövlətləri Təşkilatının 12-ci rəsmi Zirvə görüşü Azərbaycanda baş tutacaq.
 
Demiryumruq. Az verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada təşkil edilən Türkiyə-Azərbaycan-Özbəkistan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşündən sonra birgə mətbuat konfransında deyib.
 
O bildirib ki, Asiya və Avropa qitələri arasında ən etibarlı, ən sürətli və iqtisadi marşrut Mərkəzi Asiya-Xəzər Dənizi-Cənubi Qafqaz və Türkiyə xəttidir, bununla belə, regionda enerji böhranı, qeyri-qanuni miqrasiya, terror və radikallıq kimi problemlər var.
 
"Belə bir geosiyasi mühitdə türk dünyası içərisində həmrəyliyə ehtiyac var. Türk Dövləti Təşkilatı bu yöndə əhəmiyyətini getdikcə artırır. Keçən il əvvəl Şuşada, sonra Bişkekdə (Qırğızıstanın paytaxtı) həyata keçirilən sammitlərdə mühüm qərarlar aldıq. Bu il də iki mühüm sammitimiz var. Qeyri-rəsmi zirvə - Macarıstanda, 12-ci rəsmi zirvə görüşü isə qardaş Azərbaycanda həyata keçiriləcək", - deyə o bildirib.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.