Dəmir yumruq » Manşet » Bu gün Azərbaycanda "sükut günü"dür
Manşet / Hadisə / 28-01-2025, 06:51

Bu gün Azərbaycanda "sükut günü"dür

 

Bələdiyyə seçkisi ilə əlaqədar seçkiqabağı təşviqat prosesi başa çatıb.
 
Demiryumruq.az xəbər verir ki, bu barədə "Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.
 
Seçki Məcəlləsinə əsasən, təşviqatı qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri apara bilərlər.
 
Qanunvericiliyə görə təşviqat prosesi səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
 
Təqvim planında bu müddət 2025-ci il yanvarın 6-dan başlayıb, yanvarın 28-i saat 08:00-da başa çatıb.
 
Bu günü qeyri-rəsmi olaraq "sükut günü" də adlandırırlar.
 
Qeyd edək ki, yanvarın 29-da keçiriləcək seçki ilə əlaqədar seçki məntəqələri səhər saat 8:00-da açılacaq və səsvermə 19:00-a qədər davam edəcək.
 
Seçkidə 685 bələdiyyə üçün 16 min 96 namizəd mübarizə aparacaq.

DəmirYumruq

Baş redaktor: Anar Nağıyev
Telfon: +99450 277 95 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.