Dəmir yumruq » Manşet » Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib
Manşet / Hadisə / 25-01-2025, 19:08

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

 

Həftəsonu əhalinin təsərrüfat, yaxud istirahət məqsədilə hərəkətliliyinin artması avtomobil yollarında nəqliyyatın intensivliyinə əhəmiyyətli dərəcədə təsir göstərir.
 
Demiryumruq. Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi (BDYPİ) məlumat yayıb.
 
Bildirilib ki, yerli və respublika əhəmiyyətli avtomobil yollarında təhlükəsizlik tədbirləri gücləndirilsə də, sürücülər tərəfindən yol hərəkəti qaydalarına riayət edilməməsi, tələskənliyə, diqqətsizliyə yol verilməsi səbəbindən bəzən həftəsonları ağırlıq dərəcəsi yüksək olan yol qəzalarının şahidi oluruq.
 
BDYPİ xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək onlara nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, yorğun, yuxusuz halda sükan arxasına əyləşməməyi, hərəkət zamanı düzgün ara məsafəsi seçməyi, sürət rejiminə, eləcə də ötmə və manevr zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir, mənzil başına təhlükəsiz çatmaq üçün məsuliyyət hissini unutmamağı xahiş edir.
 
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ)

DəmirYumruq

Baş redaktor: Anar Əlişahoğlu
Telefon: +99499 100 99 23
Telefon: +99477 100 77 23
Email: [email protected]
Haqqımızda

© 2023 Bütün hüquqlar qorunur. Məlumatlar götürülən zaman istinad mütləqdir.